BDU Ukrayna, Tacikistan, İordaniya və Braziliya universitetləri ilə müqavilə imzaladı

03/10/2014

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu mövzusunda dəyirmi masada Bakı Dövlət Universiteti Ukrayna  Prezidenti  yanında  Dövlət İdarəçiliyi Milli Akademiyası, İordaniya Universiteti, Tacikistan Milli Universiteti və Rio-de Janeyro Federal Universiteti ilə əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalayıb.

Müqavilələrə rektorlar –Abel Məhərrəmov, Yuri Kovbasyuk, Əxleyf əl-Taravnəh, Maxmayusuf İmanov və Karlos Antonio Levi da Konseysao imza atıblar.

Sənəd ixtisasartırma, professional təlim proqramlarının inkişafı və həyata keçirilməsi, çoxtərəfli  tədqiqat, elmi, praktiki  və tədris layihələrinin həyata keçirilməsi, dərslik, monoqrafiya və dərsliklərin birgə nəşri, tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı və s. nəzərdə tutur.

Mətbuat və informasiya şöbəsi, 3 oktyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!