BDU Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək

26/10/2017

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin İstinye Universitetinin rektor məsləhətçisi professor Göksel Aşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Rektor BDU-nun beynəlxalq əlaqələrinin genişləndiyini deyib və Türkiyənin onlarla universitetləri ilə reallaşan uğurlu layihələrdən danışıb.

Professor Göksel Aşan qocaman ali təhsil ocağında olmasından məmnunluğunu ifadə edərək təmsil etdiyi universitet barədə məlumat verib. O, 2015-ci ildən fəaliyyətə başlayan İstinye Universitetinin gənc olmasına baxmayaraq, dinamik inkişafı hədəflədiyini, universitetdə xüsusilə tibb və sosial elmlər sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlandığını nəzərə çatdırıb. BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaqlar birgə elmi tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi, konfransların, seminarların keçirilməsi kimi məsələlərin əhəmiyyətli olacağına əminliklərini ifadə ediblər. Sonda  iki universitet arasında gələcək əlaqələrin istiqamətlərini əks etdirən əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, nümayəndə heyəti  universitetin tədris,  elmi-tədqiqat laboratoriyaları və bir sıra fakültələrində olublar.

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!