BDU Türkiyənin daha iki universiteti ilə müqavilə imzaladı

13/04/2015

Qafqaz Universitetləri Birliyi tərəfindən təşkil edilən Bakı KÜNİB 2015 təhsil sərgisinin açılış günləri çərçivəsində adıçəkilən Birliyə daxil olan universitetlərin rektorları bu gün Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov tanınmış alimlərin universitetə gəlişindən məmnunluq ifadə edib. BDU-nun beynəlxalq əlaqələrindən, dünyanın ən böyük təhsil və elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində işlədiyindən danışan rektor  Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açıb, BDU-nun Türkiyənin bir çox ali məktəbləri ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb. Rektor bugünkü görüşün əlaqələrin davamlı xarakter daşımasına böyük zəmin yaradacağını bildirib. 30-dək təhsil ocağının iştirakı etdiyi görüşdə onların bəziləri ilə əməkdaşlıq müqaviləsinin olduğunu deyən rektor bu gün daha iki universitetlə belə müqavilənin imzalanacağını diqqətə çatdırıb.

Çıxış edən Qafqaz Universitelər Birliyinin sədri, Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz yenidən Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib, dövlətlərarası dostluq, qardaşlıq münasibətlərindən bəhs edib.

Sonra Bakı Dövlət Universiteti ilə Türkiyənin Batman və Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb. Birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən əməkdaşlıq müqavilələrini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və adıçəkilən universitetlərin rektorları – Abdüsselam Uluçam və Muammer Yaylalı imzalayıblar.

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyi və Nanoaraşdırmalar laboratoriyasında olublar.

Mətbuat və İnformasiya şöbəsi, 11 aprel 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!