BDU Türkiyənin daha 8 universiteti ilə anlaşdı

16/04/2016

Bakı Dövlət Universitetində Qafqaz Universitetlər Birliyinə (KÜNİB) daxil olan ali təhsil ocaqlarının rektorları və BDU-nun professor-müəllim heyətinin iştirakı ilə görüş keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov Qafqaz Universitetlər Birliyi tərəfindən təşkil olunan “KÜNİB 2016-cı il Təhsil Sərgisi” nin əhəmiyyətindən danışıb, BDU-nun beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil ocaqları ilə qurulmuş uğurlu əməkdaşlıqdan bəhs edib. Bildirib ki, Türkiyənin 30-dək universitetinin nümayəndəsinin iştirak etdiyi bugünkü görüş əlaqələrin davamlı xarakter daşımasına böyük zəmin yaradacaq. Tədbirdə iştirak edən universitetlərin əksəriyyəti ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyən rektor daha səkkiz ali təhsil müəssisəsi ilə memorandumun imzalanacağını diqqətə çatdırıb.

Qafqaz Universitetlər Birliyinin qurucu başqanı, Ərdahan Universitetinin rektoru Ramazan Qorxmaz yenidən Bakı Dövlət Universitetində olmaqdan məmnunluqlarını ifadə edib, dövlətlərarası dostluq, qardaşlıq münasibətlərindən danışıb, BDU ilə Birliyə daxil olan universitetlərin əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşün sonunda Türkiyənin Ərdahan, Bursa Orhan Qazi və daha altı ali təhsil ocağı ilə anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimindən sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyi və Nanoaraşdırmalar laboratoriyasında olublar.

Mətbuat və informasiya şöbəsi 16 aprel 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!