BDU Türkiyənin üç universiteti ilə müqavilə imzaladı

11/03/2017

İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan və Ege Universitetinin rektoru, professor Hatice Beril Dedeoğlu Bakı Dövlət Universitetində olublar. Qonaqlara BDU haqqında məlumat verən rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, üzvü olduğu qurum və birliklərdəki fəaliyyətindən, o cümlədən Turkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən bəhs edib.

Türkiyəli rektorlar, öz növbələrində, təmsil etdikləri ali təhsil müəssisələri barədə danışıb, Bakı Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını bildiriblər.

Qarşılıqlı maraq doğuran görüşdə Bakı Dövlət Universiteti ilə Türkiyənin İstanbul Universiteti, İstanbul Kəmərburqaz Universiteti və Ege Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması,  konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Sonra İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan redaktoru olduğu «Qafqazın yüksələn ulduzu İlham Əliyev dönəmində Azərbaycan» kitabını BDU-ya hədiyyə edib.

Görüş qonaqların BDU-nun elmi-tədqiqat və tədris laboratoiyaları, mərkəz və muzeyləri ilə tanışlıqdan sonra başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 11 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!