BDU Türkiyənin 3 universiteti ilə müqavilə imzaladı

04/10/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyədən gələn nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Sinop Universitetinin rektoru, profессор Recep  Bircan, Canık Başarı Universitetinin rektoru, профессор Yunus Bekdemir, Kastamonu Universitetinin rektoru Seyit Aydın daxil idi. Qonaqlara BDU haqqında məlumat verən rektor Abel Məhərrəmov universitetin üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, bu qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə qrant və proqramlardan danışıb. Qonaqlar öz növbəsində başçılıq etdiyi universitetler haqqında məlumat verib, əməkdaşlıq perspektivlərinə toxunublar. Məlum olub ki, 6 fakültəsi olan Sinop Universitetinin əsası 2007-ci ildə Sinop bölgəsində qoyulub. Canık Başarı Universiteti isə 2010-cu ildə Başarı Təhsil və Mədəniyyət Vakfı və Tanrıverdi Vakfı tərəfindən yaradılmışdır. 8 fakültəsi olan Kastamonu universiteti 2006 –cı ildə yaradılıb. Universitet nəzdində 2 institutu, 4 məktəbi, 2 idman zalı, 6 laboratoriya fəaliyyət göstərir. ABŞ, Argentina, Portuqaliya, Qırğızıstan, Qazaxstan, İndoneziya və Malayziya universitetləri ilə ikitərəfli müqavilələri var. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və BDU ilə ayrı-ayrılıqda Türkiyə universitetləri ilə əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsini nəzərdə tutan əməkdaşlıq müqavilələri imzalanıb. Çıxış edən rektorlar müqavilənin işlək olacağına və əməkdaşlığın səmərə verəcəyinə inandıqlarınы билдирибляр. Сonda qonaqlar Heydər Əliyev muzeyi, tədris, elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 04 oktyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!