BDU Türkiyə və Koreya universitetləri ilə müqavilə imzaladı

06/10/2012

Bu gün Türkiyə Cümhuriyyətinin Giresun Universitetinin rektoru, professor Aygün Attar və Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin rektoru Çul Park Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov hər iki universitetin rektorları ilə keçirdiyi görüşləri xatırladıb və həmin danışıqların nəticəsi olaraq bu gün imzalanacaq əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulayıb. Rektorlar – Aygün Attar və Çul Park rektor Abel Məhərrəmovla keçirdikləri görüşləri səmərəli hesab edib və bu müqavilənin universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra hər iki universitetlə ayrı-ayrılıqda əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilə tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsini, ikitərəfli birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. İmazalanma mərasimindən sonra çıxış edən rektorlar – Abel Məhərrəmov, Aygün Attar və Çul Park müqavilənin işlək olacağına, yaxın vaxtlarda səmərə verəcəyinə inandıqlarını qeyd ediblər. Mərasimindən sonra qonaqlar tədris və elmi-tədqiqat laboratoriyaları, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.

Mətbuat və İnformasiya Şöbəsi, 06 oktyabr  2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!