BDU Tokio Boeki şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladı

25/09/2014

u gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokio Boeki şirkətinin Rusiya üzrə kommersiya direktoru T.Tavabe, Ukrayna ofisinin rəhbəri A.Şpak və aparıcı mühəndisi V.Tinkov, Yaponiyanın JEOL şirkətinin Rusiya ofisi üzrə baş direktoru H.Tatsumi, Nikon şirkətinin Avropa üzrə prezidenti Cənab S.Eimori və baş meneceri A.Vakamiya ilə görüşüb.

Görüşdə universitetin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə yeni cihaz və avandanlıqların alınması məsələləri müzakirə olunub və  BDU əməkdaşlarının vaxtaşırı adıçəkilən şirkətlərin treninqlərində iştirakı xüsusilə qeyd edilib. Eyni zamanda, universitetdə elektron mikroskopun yaradılması məqsədilə Tokio Boeki şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb, Nikon şirkəti ilə ilkin razılığa gəlinib.

Qonaqlar sonra NANO araşdırmalar mərkəzi və digər elmi-tədqiqat laboratoriyalarında olublar.

Görüşdə Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanlı və Xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 25 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!