BDU tələbəsi “Çin dili körpüsü” müsabiqəsinin qalibi olub

10/05/2016

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkil etdiyi 15-ci ümumdünya “Çin dili körpüsü” müsabiqəsinin ikinci mərhələsi keçirilib. Rektor, akademik Abel Məhərrəmov qeyd edib ki, BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən təşkil olunmuş müsabiqənin əsas məqsədi Azərbaycan gəncləri arasında çin dilinə marağı artırmaqdır. BDU-da şərq dillərinin, o cümlədən çin dilinin uğurla tədris edildiyini vurğulayan rektor Konfutsi İnstitutunun səmərəli fəaliyyət göstərdiyini də diqqətə çatdırıb.

Çinin Azərbaycandakı səfiri Xun Tsyuin iki ölkənin təhsil əlaqələrinin əhəmiyyətindən danışıb, müsabiqə iştirakçılarına nailiyyətlər arzulayıb.

Sonra müsabiqə keçirilib, qaliblər müəyyənləşdirilib. BDU-nun şərqşünaslıq fakültəsinin tələbəsi Təranə Sadıqova müsabiqədə birinci yerə layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən T.Sadıqova Çində keçiriləcək 15-ci ümumdünya “Çin dili körpüsü” müsabiqəsində ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, ölkəmizdə iki mərhələdə keçirilən müsabiqənin ilkin mərhələsində 150 tələbə iştirak edib, 9 nəfər ikinci turda iştirak hüququ qazanıb. Xatırladaq ki, “Çin dili körpüsü” müsabiqəsinə hər il 70-dən çox ölkədən tələbələr qatılırlar.

Mətbuat və informasiya şöbəsi, 10 may 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!