BDU tələbələrinin “Dikiy Kavkaz" ləzginka rəqs qrupu

28/01/2014

“Dikiy Kavkaz" ləzginka rəqs qrupu 2011-ci ilin noyabr ayının 3-də fəaliyyətə başlamışdır. Bədii rəhbər  Ruslan Namiq oğlu Nəsrullayev istər ölkə daxilində, istərsə də xaricdə bir çox  yarış  və festivalların iştirakçısı və mükafatların sahibi olub. Qrupun 3 üzvü-Ruslan Nəsrullayev, Saleh Yahyayev, Ramil Orucov Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Səda” rəqs ansamblının solistləridir.

Əsas heyət Nəsrullayev Ruslan (bədii rəhbər) , Saleh Yəhyayev (məşqçi-repetitor), Hikmət Ağacanov , Fuad Qədirov, Fərid Səmədov , Amil İsmayılov, Elşən Məmmədov  və s.

"Dikiy Kavkaz" ləzginka rəqs məktəbi də mövcuddur.  Məktəbdə ləzginka başda olmaqla, Qafqazın bütün rəqsləri  keçirilir.

Həftənin IV və VI  günləri saat  18:00-dan 19:00-dək qızlar , 20:00-dan 22:00-dək-oğlanlar üçün dərslər keçirilir.

Qeyd edək ki, ləzginka rəqsi yarış xarakteri daşıyır hər bir kəs özünün cəldliyinin, yorulmazlığını, qəriyyətini nümayiş etdirir. Bir qayda  olaraq rəqs müsiqi sədaları altında ifa edilir. Melodiyası dinamik, dəqiq, cəldliyə zövq edəndir.  Güman edilir ki, rəqs qartal obrazının təcəssüm etdirilməsidir. Qartal Qafqaz bölgəsində qüdrət  böyüklük, təmkinlilik və cəsarət simvolu sayılır. "Ləzginka" rəqsində kişilərin ayaq ucunda, əllərini qartal kimi geniş açaraq oyanaması qartalı xatırladır. Qafqazda qartalı ovlamaq böyük günah hesab edilir.

Mətbuat və informasiya şöbəsi, 28 yanvar 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!