BDU tələbələrinin beynəlxalq elmi konfransda uğuru

18/12/2015

Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIV Beynəlxalq tələbə elmi-praktik konfransı keçirilib. Konfransa 5 xarici ölkədən (Polşa, Rusiya, Ukrayna, Bolqarıstan, Qazaxıstan) və respublikamızın 8 ali təhsil müəssisəsindən 290 tələbə qatılıb. Bakı Dövlət Universitetinin Filologiya, Tarix (Antropologiya ixtisası), Sosial elmlər və psixologiya (Sosial iş və Təhsildə sosial-psixoloji xidmət ixtisasları), Kimya (Kimya mühəndisliyi) fakültələrindən 8 nəfər tələbə “Azərbaycan dili və nitq mədəniyyəti” müəllimi, filologiya fakültəsinin doktorantı Pərvin Eyvazovun elmi rəhbərliyi ilə konfransda iştirak ediblər. Filologiya fakültəsindən Təhminə Baxışlı (“Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesində milli teatr yaratmaq uğrunda mübarizə və onun nəticələri”), Məhəmməd Babayev (“Dilimizdəki “cır-”, “yırt-” və “yort-” feillərinin bir sıra hind-Avropa dillərindəki eyni və yaxın semantikaya malik sözlərlə fonetik baxımdan səsləşməsi”), Sevinc Əzimova (“Almaz İldırımın yaradıcılığında azərbaycançılıq ideyaları”), SEP-dən Xanım Səmədova (“Azərbaycan dilində psixologiya terminlərinin struktur təhlili”), Nuranə Hüseynli (“Orta məktəb dərsliklərində ədəbi dil normalarının pozulma halları”), Tarix fakültəsindən Aygün Bayramova (“Kütləvi informasiya vasitələrinin cəmiyyətlə dialoqu: uğurlar, perspektivlər və problemlər”), Kimya fakültəsindən Emil Qasımov (“Ermənilərin Azərbaycan torpaqlarina köçürülmə siyasətinin tarixi izləri”) və Hacı Xəzrin (“Azərbaycan dilində kimya terminlərinin yaranma yolları”) etdikləri maraqlı elmi məruzələrlə universitetimizi layiqincə təmsil ediblər. Ən uğurlu çıxışlarına görə filologiya fakültəsindən Sevinc Əzimova, SEP-dən Xanım Səmədova, Kimya fakültəsindən Emil Qasımov və Hacı Xəzrin konfransın təşkilat komitəsi tərəfindən diplomla mükafatlandırılıblar.

Mətbuat və informasiya şöbəsi, 21 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!