BDU tələbələri yenə birinci oldular

02/12/2011

Dekabrın 1-də  Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin  (BDU  THİK)  təşkilatçılığı ilə “Heydər Əliyev Məktəbi”ndə Parlament Jurnalistləri Birliyinin həyata keçirdiyi “Deputat-tələbə əməkdaşlığı” layihəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun prorektoru, professor Sani Hacıyev tədbir iştirakçılarını və tədbirə təşrif buyurmuş millət vəkili Vahid Əhmədovu,  Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlını salamlayaraq qonaqları Bakı Dövlət Universitetində gördüklərindən məmnunluq hissi keçirdiyini bildirib. Daha sonra çıxış edən deputat Vahid Əhmədov sözügedən layihənin əhəmiyyətindən danışıb və bu layihənin uzunmüddətli olacağını bildirib. Vahid Əhmədov çıxışının sonunda layihənin ilk qalibi, BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi Fatimə Kərimliyə komputer dəsti hədiyyə edib.

Tədbir tələbələrin aktiv iştirakı ilə diskusiyya şəklində sona yetib.

THİK  İctimaiyyətlə Əlaqələr Departamenti

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!