BDU tələbələri Türkiyə media qurumlarında təcrübə keçəcək

09/02/2015

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbə qəbulunda müvəffəqiyyət əldə edərək uğurlu nəticə göstərmiş 10 tələbəsi fakültənin dekanı, professor Şamil Vəliyev və Radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın rəhbərliyi ilə Türkiyəyə səfər ediblər. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram Koordinasiya ofisinin (TİKA) və Bakı Dövlət Universitetinin birgə layihəsi çərçivəsində baş tutan səfər zamanı tələbələr TİKA, TRT, Anadolu Agentliyi, Başnazirlik, Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsi və bəzi media qurumlarında bir həftəlik təlim-təcrübə proqramında iştirak edəcəklər.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov səfər öncəsi tələbələri qəbul edərək onlara uğurlar arzulayıb. Rektor bildirib ki, ötən ilin mart ayında  TİKA əməkdaşları – koordinator Mustafa Haşim Polat və koordinator müavini İsmail Gürlek ilə görüşü zamanı Jurnalistika fakültəsinin infrastrukturunun və tədris proqramlarının yenilənməsi məqsədilə bəzi məsələlər müzakirə edilib, tələbələrin qardaş ölkənin media qurumlarında təcrübə keçmələri müzakirə edilib.

Dekan Şamil Vəliyev qəbul üçün rektora təşəkkür edib.  Kafedra müdiri Aynur Kərimova bir həftəlik səfərin tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

Mətbuat və informasiya şöbəsi, 09 fevral 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!