BDU tələbələri praktik işlərini təqdim etdilər

27/05/2016

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrin hazırladığı videoçarx, film və videoreportajların təqdimatı keçirilib. Fakültə müəllim və tələbələrinin iştirak etdiyi təqdimat mərasimi Radio və televiziya jurnalistikası kafedrasının müəllimləri - Ramin Rzayev və Zibeydə Mirzəyevanın tədris etdiyi “RTV-də praktik iş” fənni üzrə keçirilmiş dərslərə həsr olunub. Tələbələr hazırladıqları materiallar, onların hazırlanma prosesi barədə ətraflı məlumat veriblər.
Təqdimatda iştirak edən Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, Radio və televiziya kafedrasının müdiri, dosent Aynur Kərimova, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi tələbələrin təşəbbüskarlıqlarını və təqdim etdikləri işləri yüksək qiymətləndiriblər. Bununla yanaşı, videomateriallardakı çatışmazlıqlar və qüsurlar qeyd edilib, tövsiyələr verilib. Sonda tələbələrin sualları cavablandırılıb və xatirə fotosu çəkilib.

Mətbuat və informasiya şöbəsi, 27 may 2016-cı il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!