BDU tələbələri çöl təcrübəsində iştirak ediblər

20/07/2016

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbələri Yerquruluşu və kadastr kafedrasının dosenti Akif Oruclunun rəhbərliyi ilə universitetin Quba Tədris Təcrübə və İstirahət Mərkəzində çöl təcrübəsində iştirak ediblər. Təcrübənin məqsədi elm ilə təhsilin vəhdəti əsasında alimlərin bilik və bacarığını tələbələrə öyrətmək, onlarda elmi tədqiqata həvəsi artırmaq, tələbələrin təcrübi və istehsalata hazırlıq vəziyyətini yaxşılaşdırmaqdır.  Təcrübə müddətində ətraf ərazilərin müxtəlif landşaft komplekslərinin tədqiqi baxımından torpaqların münbitliyinin öyrənilməsi və səmərəli istifadəsi üzrə tədqiqatlar aparılıb, torpağın strukturu, mexaniki tərkibi, bitki köklərinin yayılması işləri həyata keçirilib.

Bakı Dövlət Universiteti ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında imzalanmış memorandum çərçivəsində bu elm müəssisəsinin əməkdaşları da tələbələrlə çöl təcrübəsində iştirak ediblər. Mütəxəssislərlə birlikdə çöl şəraitində görülən işlər diqqətlə izlənib, gələcəkdə bu proseslərin davam etdirilməsi üçün səylərin artırılması və kompleks təcrübələrin birgə həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Təcrübə müddətində Mərkəzin yerləşdiyi II Nügədi kənd bələdiyyəsi ilə tələbələrin görüşü təşkil olunub, onları maraqlandıran çoxsaylı suallar bələdiyyə sədri və mütəxəssislər tərəfindən cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 20 iyul 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!