BDU tələbələri bayraq gününü qeyd etdilər

14/11/2014

Noyabrın 8-i Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı komitəsinin (THİK) üzvləri Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bakı Dövlət Universitetinin 100-dən artıq fəal gənc Dövlət Bayrağı Günü münasibətilə bu tədbirə qoşularaq Azərbaycanın müstəqilliyinin rəmzi sayılan bayrağa öz ehtiramını ifadə edib. THİK-in təşkilatçılığı ilə baş tutan tədbirdə komitənin sədr müavini İlkin Şərifov və komitə əməkdaşları, habelə universitetin fəal gəncləri iştirak ediblər.

İlk olaraq gənclər Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir  müstəqil  Azərbaycan dövlətinin  memarı və qurucusu Heydər Əliyevin  xatirəsini anıb, məzarı önünə güllər qoyublar.

THİK sədr müavini İlkin Şərifov gənclər önündə çıxış edərək onları bu gün münasibətilə təbrik edib və bu günün yaranmasında ulu öndər Heydər Əliyevin rolunu vurğulayıb.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılıb. Məhz onun sayəsində uzun əsrlərdir ki, görkəmli şəxsiyyətlərimizin, xalqımızın həsrətində olduğu müstəqilliyin rəmzi olan bayrağımız dalğalandı. Müstəqilliyimizin memarı Heydər Əliyev həmişə deyirdi - Bayrağımız - Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Bundan sonra bu şanlı bayrağımızı gələcək nəsillərə ötürmək və yaşatmaq biz gənclərin çiyinləri üzərinə düşür”.

Daha sonra BDU tələbələri Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının  xatirəsini anıb, məzarları önünə gül dəstəsi qoyublar.

İlkin Şərifov çıxış edərək şəhidlərimizin müstəqilliyimizin rəmzi sayılan bayrağımızın yaşadılmasında əvəzsiz payını vurğulayıb.“Əziz gənclər, Azərbaycanın müstəqilliyi on minlərlə şəhid qanı bahasına əldə edilib. Hər bir xalq üçün ən ali nemət sayılan müstəqilliyi saxlamaq əldə etmək qədər çətin vəzifədir. Bugünkü azadlığımızın və müstəqilliyimizin əldə edilməsində Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımızın böyük payı vardır . Müstəqil bayrağımızı yaşatmaq bu insanları ölümlə üz-üzə gəlməkdən belə çəkindirmədi. Şəhidlər xiyabanında uyuyan soydaşlarımız meydanlara çıxaraq xalqımızın azadlıq eşqi ilə əliyalın tankın, topun, mərminin üstünə yerimiş və bugünkü azadlığı bizə qazandırmışlar”- , deyə, THİK sədr müavini qeyd edib.

Xatırladaq ki, BDU THİK gənclər arasında vətənpərvərlik hisslərini aşılamaq məqsədilə mütəmadi olaraq bu cür tədbirləri həyata keçirir.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Rəşid Mustafazadə.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!