BDU tələbələri ABŞ Dövlət Departamentinin proqramını udublar

10/08/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ səfirliyinin mətbuat müşaviri Kis Bin, Səfirliyin Təhsil və Mədəniyyət işləri üzrə müşaviri Kris Consu qəbul edib. Görüşdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun UQRAD və digər təhsil mübadilə proqramları ətrafında fikir mübadiləsi apırılıb. Məlum olub ki, 2-ci və 3-cü kurs tələbələri üçün nəzərdə tutulan UQRAD proqramının müddəti 1 ildir. Maliyyə xərcləri Dövlət Departamenti tərəfindən ödənilən proqramda fizika, kimya, biologiya, iqtisadiyyat, biznes, hüquq, kompüter elmləri fakültələrinin tələbələri iştirak edə bilərlər. BDU tələbələrinin hər il UQRAD proqramına qatıldıqlarını və yüksək göstəricilər əldə etdiyini deyən qonaqlar, nəticədən məmnun olduqlarını bildiriblər. Rektor Abel Məhərrəmov da öz növbəsində proqramla bağlı fikirlərini bölüşüb, universitetin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2 nəfər tələbəsinin yüksək müsabiqə şərtlərinə baxmayaraq, proqramın qalibləri olmalarından danışıb, universitetin bütün fakültələrində ingilisdilli qrupların yaradılmasının planlaşdırıldığından bəhs edib.

Mətbuat və İnformasiya şöbəsi, 10 avqust 2011-ci il.

(Material "Xalq qəzeti" və "Respublika" qəzetlərində yayımlanıb - 11 avqust 2011-ci il )

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!