BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi 1-ci kurslarla görüşlərinə start verib

24/09/2014

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəvi olaraq həyata keçirdiyi 1-ci kurs tələbələri ilə görüşlərinə start verib. Bu gün həyata keçirilən görüşə univeristetin 2 fakultəsinin – Hüquq və Geologiya fakultələrinin tələbələri qatılıb. Tələbələrlə görüşə BDU THİK-nin sədri Daşqın Qənbərov, THİK-nin sədr müavini və əməkdaşları, BDU TGT-nin sədr əvəzi, fakultə ilk təşkilatlarının sədrləri və İdman kafedrasının müdiri və müəllimləri qatılıb. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov son illərdə ölkədə həyata keçirilən quruculuq işləri, universitetdə tələbələr üçün yaradılan yeni texnologiyalar barədə tələbələrə ətraflı məlumat verib. Daşqın Qənbərov həmçinin ötən tədris ilində açılışını cənab Prezidentimizin etdiyi Quba şəhərində yerləşən Bakı Dövlət Universitetinin Tədris-Təcrübə və İstirahət mərkəzi, universitetdə yeni istifadəyə verilmiş labaratoriya və kitabxana haqqında  tələbələri məlumatlandırıb. Həmçinin Sədr tələbələrə universitetdə olan tədris prosesi, daxili nizam-intizam qaydaları haqqında məlumat veribvə hər bir tələbəni dərslərində bacarıqlı olmağa səsləyib.  Sonra idman kafedrasının müdiri Akif Atakişiyev universitetdə olan idman zalları , idamn klubları haqqında məlumat verib və klub müdirlərini təqdim eləyib.Çıxış edən BDU TGT-nin sədr əvəzi Nicat Kərimov universitetdə keçirilən layihələr barəsəində ətraflı danışıb. Daha sonra  fakultə ilk təşkilatlarının sədrləri çıxış edib. Hüquq fakultəsi THT-nin sədri Yavər Məmmədova çıxış edərək universitetdə olan tələbə həyatı barədə məlumat verib. Sonra çıxış edən Geologiya fakultəsi THT-nin sədri Nicat Zülfili THİK-nin tələbələr üçün təşkil etdiyi tədqiqat klubları (İT Klub, Psixologiya Klubu, Hüquq Klubu, Fəlsəfə Klubu, Gənc Coğrafiyaçılar Diskusiya Klubu)  barədə məlumat verib və tələbələri klublara qoşulmağa səsləyib. Sonda tədbir müzakirə ilə yekunlaşıb. Tədbir tələbələr tərəfindən çox yüksək maraqla qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 24 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!