BDU Tirana Politexnik Universiteti ilə memorandum imzalayıb - VİDEO

06/12/2013

Bu gün Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin prezidenti, Tirana Politexnik Universitetinin rektoru, akademik Corqan Kaçanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. O, prezidenti olduğu qurumun fəaliyyəti, son illər gördüyü işlər barədə ətraflı məlumat verib və rektor Abel Məhərrəmovun Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinə rəhbərlik etdiyi dövrü xüsusilə qeyd edib. Rektor Abel Məhərrəmov BDU-nun da üzvü olduğu şəbəkənin fəaliyyətindən razılıq ifadə edib. Eyni zamanda Albaniyanın Tirana Politexnik Universitetilə əməkdaşlığın daha da genişləndirilməsi barədə təkliflər irəli sürüb. Qarşılıqlı maraq doğuran görüşdə əməkdaşlıq memorandumu imzalanıb. Memorandum geologiya, biologiya,ekologiya və torpaqşünaslıq, informasiya texnologiyaları sahəsində müəllim-tələbə müdailəsi, birgə elmi simpozium, seminar və konfransların təşkili, layihə və proqramlarda iştirak və s. digər məsələləri nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar bu sənədin gələcəkdə təhsil və elmin daha da inkişafı baxımından əhəmiyyətli olacağını qeyd ediblər. Qeyd edək ki, qonaqalar universitetin Elektron tədris mərkəzi, Azərbaycanın faydalı qazıntılar muzeyi, akademik Şəfaət Mehdiyevin adını daşıyan auditoriya, Nano araşdırmalar laboratoriyası ilə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 06 dekabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!