BDU Təhsil Nazirliyinin «Ali Təhsil müəssisələri» Facebook səhifəsində qalib olub

02/03/2015

Təhsil Nazirliyi «Ali Təhsil müəssisələri» Facebook səhifəsində aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin informasiya mübadiləsi baxımından fevral ayı üzrə statistikasını açıqlayıb. Respublikanın əksər ali məktəblərinin mətbuat katiblərinin təmsil olunduqları səhifədə ilk beşlik müəyyənləşib. Qrupun fevral ayı üzrə fəalı Bakı Dövlət Universiteti olub.

Sonrakı yerləri Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Tibb Universiteti tutub.

Xatırladaq ki, Təhsil Nazirliyinin «Ali Təhsil müəssisələri» Facebook səhifəsinin yaradılması, işinin təşkili və qrup üzvlərinin fəaliyyətinin təkmilləşdirilməsində əsas məqsəd ölkəmizdəki təhsil islahatlarının nəticələrini və hər bir təhsil müəssisəsinin həyatında baş verən yenilikləri paylaşmaq,  ali təhsil müəssisələri arasında informasiya mübadiləsini təşkil etmək, vahid informasiya siyasətini həyata keçirməkdir.

Mətbuat və İnformasiya şöbəsi, 02 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!