BDU THİK yüksək intellektli gəncləri bir araya gətirdi

17/11/2012

17 noyabr 2012-ci il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi “17 noyabr – Milli Dirçəliş Günü” münasibəti ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə növbəti açıq çempionat keçirib. Tələbələr arasında keçriləcək Respublika çempionatına iştirak üçün seçim xarakteri daşıyan yarışma gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov intellektual oyunun əhəmiyyətindən danışıb,  intellekt yarışına qatılan gəncləri uğurlu gələcəyin gözlədiyini, ölkəmizdə intellektli gənclərə ölkə rəhbəri cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan geniş bəhs etdi. Daha sonra BDU THİK-in sədri Daşqın Qənbərov    yarışmanın “Milli Dirçəliş” gününə həsr olunmaqla paralel cənab prezidentimiz İlham Əliyevin “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik.” çağırışına bir növ real-praktik dəstək olduğunu vurğulayıb. O, qeyd edib ki, ümumiyyətlə BDU-da intellektual oyunlar davamlı şəkildə keçirilir, universitetimizin intellektual klubu vardır.

Hər həftənin şənbə günü iki saylı tədris binasında 401 saylı auditoriyasında BDU-nun intellektual oyunlara marağı olan gənclər üçün dövrə oyunları keçirilir. İntellektual oyunlara yaradılan şəraitin nəticəsidir ki, ölkə miqyasında keçirilən yarışlarda komandalarımız davamlı olaraq  liderliyi əllərində saxlayırlar. Məsələn, 2011-ci ildə BDU-nun komandası ATİAHİ RK-nin keçirdiyi  Respublika üzrə ali məktəbləri arasında “Nə? Harada? Nə zaman?” intellectual oyununda I yeri, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Mən Azərbaycanlıyam” intellektual yarışında Bakı Dövlət Universiteti tələbələri həm  2011-ci, həm də 2012-ci illərdə ilin ən intellektual gəncləri kimi böyük uğurlar qazanıbdır.  Sonda D.Qənbərov yarışa qatılanlara uğurlar arzu edib, daha güclu intellektlilərin qalib olacağına inandığını bildirdi.

Çempionatda bütün ali məktəblərdən yığma komandalar iştirak edib. Ümumilikdə  60 komandada (hər komandada 6 əsas və 2 ehtiyat oyunçu) 400-ə  yaxın tələbə-gənc intellektual mübarizə aparıblar.

Növbəti mərhələyə 33 komanda vəsiqə qazana bildi ki, onların da 11-i Bakı Dövlət Universitetinin komandaları oldu.

Mətbuat və informasiya şöbəsi, 15 noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!