BDU THİK tələbə yaradıcılığını inkişafına yönələn növbəti tədbirini keçirdi

18/05/2012

Bu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi filologiya fakültəsi ilə birlikdə “28 may – Respubilka günü” münasibəti ilə filalogiya fakültəsi tələbələri arasında bir aydan artıq davam etmiş bədii yardıcilliq (şeir, məqalə, rəsm və.s) müsabiqəsinin yekun mükafatlandırma mərasimini keçirib. Mükafatlandırma mərasimini giriş sözü ilə açan filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev müsabiqənin formatı, iştirakçıların sayı, təqdim edilmiş əsərlər, münsiflər heyətinin tərkibi haqqında məlumat verib. Məlum olub ki, müsabiqəyə 20-dən artıq bədii yaradıcılıq nümunəsi təqdim olunub və fakültənin tanınmış alimləri, kafedra müdirləri münsiflər heyəti kimi əsərləri qiymətləndiriblər. Sonra söz BDU THİK-nin sədri və tədbirin digər təşkilatçısı Daşqın Qənbərova verilib. Daşqın Qənbərov çıxış edərək universitetdə gəclərə yaradılan imkanlardan, rektor Abel Məhərrəmovun qayğı və diqqətindən bəhs edib. Universitetdə gənclərlə bağlı həyata keçirilən siyasətin əsas prioritetlərini  iştirakçı gənclərin diqqətinə çatdıran D.Qənbərov hazırki müsabiqənin də bu istiqamətdə xüsusi önəm daşıdığını vurğulayıb. Daha sonra münsiflər heyyətinin üzvü olan fakültənin müəllimləri tədbir haqqında çıxış edib, əhəmiyyətini yüksək qiymətləndirdilər.

  1. Sonda münsiflər heyətinin qalib kimi seçdikləri filologia fakültəsinin II kurs tələbəsi Rzalı Günay Şərafəddin qızına və V kurs tələbəsi Axundova Gülnar Etibar qızına diplom, pul mükafatı, digər fərqlənən tələbələrə isə həvəsləndirici mükafatlar verilib.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!