BDU THİK növbəti dəfə respublikada ən yaxşı tələbə həmkarlar təşkilatı adına layiq görüldü

21/10/2011

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi respublikamızda mövcud olan Həmkarlar İttifaqı Komitələri və ilk təşkilatları içərisindən aktiv və yüksək keyfiyyətli  fəaliyyəti ilə seçilən ən yaxşı təşkilatları müəyyən etmək məqsədi ilə “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” adlı müsabiqə elan edib. Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi də bu müsabiqədə iştirak edib. Müsabiqədə universiteti filologiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatı təmsil edib. Sözü gedən müsabiqə bir neçə turdan ibarət olub, altı aydan artıq müddət ərzində davam edib. Uzun sürən seçimlərdən sonra  Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi, filologiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatı, Respublika Tələbə Həmkarlar Təşkilatları arasında birinci yerə layiq görülüb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev kütləvi-informasiya vasitələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovu və filologiya fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Elməddin Əmirovu təbrik edib, qalibi 100 AZN pul mükafatı və xüsusi diploml ilə təltif edib.

Mətbuat və informasiya şöbəsi, 21 oktyabr 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!