BDU THİK “Böyük alim – Qayğıkeş ana” adlı elmi – praktik konfrans keçirdi

24/04/2013

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi  akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş “Böyük alim – Qayğıkeş ana”  adlı elmi – praktik konfrans keçirdi. Konfransı giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov akademik  Zərifə xanım Əliyevanın həyatı haqqında ətraflı məlumat verdi. O, Zərifə xanımın bir insan və həkim kimi formalaşmasında böyüdüyü ailə və mühitin önəmini qeyd etdi və bildirdi ki,  akademik Zərifə xanım Əliyevanın apardığı tədqiqat işləri həmin dövr tibb elminə çox mühüm yeniliklər gətirdi. Zərifə xanımın bir həyat yoldaşı kimi  ümummilli liderimiz Heydər Əliyevə çətin günlərində dayaq olduğunu, ona hər zaman dəstək olduğunu vurğulayan  Daşqın müəllim cənab prezidentimiz İlham Əliyevin formalaşmasında  Zərifə xanımın da əhəmiyyətli rolunu qeyd etdi və Zərifə xanım Əliyevanın bütün azərbaycan qadınlarına  nümünə ola bilcək təmiz, pak, müqəddəs sima olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonra çıxış edən Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov Zərifə xanım kimi əvəzolunmaz şəxsiyyətlərin gənclər arasında təbliğ edilməsinin vacibliyini  qeyd etdi.

Daha sonra çıxış edən akademik Zərifə Əliyeva adına litseyin məzunu, Bakı Dövlət Universiteti  Beynəlxalq münasibətlər  və İqtisadiyyat fakültəsinin tələbəsi Məmmədova Şəbnəm Zərifə xanımın elmi-pedaqoji fəliyyətindən danışdı və çıxışının sonunda universitet kitabxanasına  Zərifə xanımın həyat və yaradıcılığı ilə bağlı yazılmış kitab hədiyyə etdi.

Çıxış edən biologiya fakultəsinin tələbəsi Qələndərli İranə akademik  Zərifə xanım Əliyevanın tibb sahəsində əldə etdiyi nailiyyətlər və tibb elminə qazandırdığı tövhələr haqqında danışdı. Akademik Zərifə Əliyevanın Oftalmologiya aləmində ən yüksən mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akadademik M.İ.Avarbax adına mükafatına layiq görüldüyünü qeyd etdi.

Sonra çıxış edən Hüquq fakültəsinin tələbəsi Məmmədova Yavər Zərifə xanımın həyatının fəlsəfi düyünlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Zərifə xanımla bağlı ən dəyərli xatirələrin məhz ümumilli lider Heydər Əliyevlə bağlı olduğunu qeyd etdi. Ümumilli lider Heydər Əliyevin müxtəlif zamanlarda Zərifə xanımla bağlı söylədiyi gözəl, gənclər üçün tərbiyyəvi əhəmiyyətə malik xatirələrini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Mətbuat və İnformasiya şöbəsi, 24 aprel 2013-cü il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!