BDU Tehran Universiteti ilə Analşma Memorandumu imzalayıb

17/12/2014

Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov ilk dəfə BDU-da olan qonaqlara bu təhsil ocagının tarixi, elmi nailiyyətləri, təhsilin inkişaf perspektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.

Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadi, öz növbəsində, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib, əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə universitetlərarası əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, birgə konfrans və seminarların keçirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Sonda Tehran Universitetinin rektoru Nili Əhmədabadiyə «BDU-nun Fəxri qonağı» diplomu təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 17 dekabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!