BDU saytının fəaliyyəti müzakirə edilib

11/11/2016

Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə universitet saytının (bsu.edu.az) fakültələr, institutlar və strukturlar üzrə məsul şəxsləri ilə görüşüb. Prorektor Aydın Kazımzadə son illər universitetin elm və təhsil istiqamətində əldə etdiyi uğurlardan, müxtəlif agentliklərin ali təhsil ocaqlarının reytinqini müəyyən etmək məqsədilə ənənəvi olaraq apardıqları araşdırmalarda Bakı Dövlət Universiteti xəbərlərinin üstünlük təşkil etməsindən danışıb. Bu işdə universitet saytının roluna toxunan prorektor onun informasiya təminatının daha da yaxşılaşdırılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tövsiyələrini verib.

Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova saytın ümumi fəaliyyətindən danışıb. Bundan əlavə, 17 fakültə, struktur və institutların sayt daxilindəki müvafiq bölmələrinin vəziyyətini təhlil edib, çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər irəli sürüb.

Sonra saytın texniki məsələlər üzrə məsul şəxsləri Elvin Şükürov və Xəyalə Vəliyeva çıxış edərək məsul şəxsləri maraqlandıran sualları cavablandırıblar.


Mətbuat və informasiya şöbəsi, 11 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!