BDU SABAH qruplarının tələbələri Tbilisidə keçirilən forumda iştirak ediblər

26/12/2016

Bakı Dövlət Universiteti SABAH qruplarının kompüter elmləri ixtisasında təhsil alan tələbələri Ülvi Şükürzadə və Ağababa Bağırov Tbilisi şəhərində keçirilən Global Seed Forumda “OCTO Bot” layihəsi ilə ölkəmizi təmsil ediblər. Seed Foruma müraciət edən 30-dan artıq layihədən 12 komanda onlayn dəyərləndirmə ilə finala keçib. 12 komanda içərisində BDU-nun SABAH qrupları tələbələri də təmsil olunublar. Finaldan öncə  bu sahədə 30 illik təcrubəsi olan Seed Forumun qurucusu Steynar Hoel Korsmo tərəfindən təqdimat bacarıqlarının artırılması məqsədi ilə University Of  Gerogiada Forum iştirakçıları üçün  iki günlük təlim keçirilib. Final turunda tələbələrimiz 30-dan artıq nüfuzlu dövlət xadimi və investorlar qarşısında çıxış edərək öz layihələrini təqdim ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 26 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!