BDU Sabah qrupları tələbəsi festivalda uğurla iştirak edib

06/04/2016

Ağsu rayonunun Gəgəli kəndində “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Sarılı şirkətinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivali keçirilib. Festivala Azərbaycan, Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, Qazaxıstan, Norveç, Yəmən, İndoneziya və Myanmadan olan 300-dən çox iştirakçı qatılıb. Adıçəkilən Festivalda “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü, Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə II kurs BDU SABAH qrup tələbəsi Nərgiz Qarayeva iştirak edib. Festivalın ilk günü sərgi-yarmarkaya baxış keçirilib. Sərgidə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində toxunmuş xalça və palazlar, mafraş, namazlıq və hədiyyəlik nümunələr, Ağsu şəhərində hazırlanan musiqi alətləri və tikmələr, İsmayıllı şəhərində xalq tətbiqi sənət əsərləri, Misir Mədəniyyət Mərkəzinin Misir incəsənəti materialları, əntiq əşyalar, içərisi döşənmiş tərəkəmə çadırı, at arabası, MİRAS İctimai Birliyinə məxsus müxtəlif rəssamların çəkdiyi rəsm əsərləri, Orta əsr Ağsu şəhəri, Mehrəvan qalası və Nərgizava abidəsindən aşkar olunan arxeoloji materiallar nümayiş olunub. Festivalı açıq elan edən “MİRAS” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli təşkilatçıların məqsəd və məramı haqqında qısa məlumat verib. O, bildirib ki, festivalın türk xalqlarının ənənələrinin təbliğində, ümumdünya xalqları arasında mədəni əlaqələrin qurulmasında, bəşəri dəyərlərin öyrənilməsində böyük əhəmiyyəti var. Habelə, 2016-cı il Multikulturalizm ilinə həsr olunmuş festival dövlət, özəl və ictimai sektorun tərəfdaşlıq və dəstəyi baxımından da mühüm hadisədir.
Festivalın ikinci günü SABAH qrup tələbəsi Nərgiz Qarayevanın hazırladığı milli oyunlar əsasında yarışma təşkil olunub. “Qolgüləşdirmə”, “Qaşıqda yumurta daşıma”, “Kəndirdartma” oyunlarında qaliblər müəyyənləşdirilib. Festivalın sonunda iştirakçılara sertifikatlar və hədiyyələr verilib.

Mətbuat və informasiya şöbəsi, 06 aprel 2016.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!