BDU SABAH qrupları tələbələrinin təmsil olunduğu komanda qalib olub

03/11/2016

Bakı Dövlət Universitetinin tələbələrinin iştirak etdiyi SABAH qruplarının “TechSOS” komandası Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 4-cü qrant müsabiqəsinin qalibləri olublar. Belə ki, BDU-nun IV kurs kompüter elmləri ixtisası üzrə SABAH qruplarında təhsil alan Aytac Ağabəyli və Günay Abdullayevanın də təmsil olunduğu komandanın adıçəkilən qrant müsabiqəsinə təqdim etdikləri layihə uğurlu hesab edilib və layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. Komandanın digər üzvləri Nailə İsmayılova ADNSU-nun, Sənan Quluzadə isə ATU –nun SABAH qruplarının tələbələridir.
Qeyd edək ki, elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub. Onlardan 112-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 112 layihədən 61-i müsbət rəy alıb. Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən 29-nun maliyyələşdirilməsi qərara alınıb. Fondun Müşahidə Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.

Mətbuat və informasiya şöbəsi, 03 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!