BDU Rumıniyanın iki universiteti ilə Anlaşma Memorandumu imzaladı

30/10/2013

Rumıniyanın Danibius Universitetinin rektoru Endü Puşka və Buxarest İqtisadi Tədqiqatlar Universitetinin rektoru Pavel Nastafe Bakı Dövlət Universitetində olmublar. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov oktyabrın 31-də öz işinə başlayacaq III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb. Xatırladıb ki, Forumda dünyanın ayrı-ayrı ölkələrindən olan tanınmış ictimai-siyasi xadimlər, siyasətçilər, ali məktəb rektorları, o cümlədən 15 Nobel mükafatçısı iştirak edəcək. Azərbaycan-Rumıniya əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən rektor BDU-nun Rumıniya universitetləri arasında münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və BDU-da təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən bəhs edib.

Görüşdən məmnun qaldıqlarını vurğulayan Danibius Universitetinin rektoru Endü Puşka və Buxarest İqtisadi Tədqiqatlar Universitetinin rektoru Pavel Nastafe rəhbərlik etdikləri ali təhsil müəssisələrinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat veriblər. Sonra Bakı Dövlət Universiteti ilə Rumıniyanın Danibius və Buxarest İqtisadi Tədqiqatlar universitetləri arasında əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Sənədlərdə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə seminar, konfransların təşkili, layihələr üzrə elmi araşdırmaların aparılması və s. nəzərdə tutulur.

Qonaqlar Bakı Dövlət Universitetinin laboratoriyaları, elmi mərkəzləri ilə də tanış olublar.

Mətbuat və İnformasiya şöbəsi, 30 oktyabr  2013-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!