BDU rektoru Ukraynada Avroasiya Universitetləri Birliyi və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının birgə iclasına qatılıb

24/10/2011

Ukraynanın Kiyev şəhərində “MDB-yə üzv olan ölkələrin elm və yaradıcı ziyalılarının VI forumu” çərçivəsində Avroasiya  Universitetləri  Birliyi və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının birgə iclası keçirilib. MDB-yə üzv olan ölkələrin nüfuzlu universitet və elmlər akademiyaları  rəhbərlərinin qatıldığı iclası Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik Baris Paton açaraq ölkələr və dövlətlər arasında möhkəm dostluq əlaqələrinin  yaranmasında elm və təhsil  sahəsindəki əməkdaşlığın müstəsna rol oynadığını bildirib. Eyni zamanda, MDB ölkələrinin iqtisadiyyatının  modernləşdirilməsini təmin etmək üçün elmi ictimaiyyətin üzərinə düşən öhdəliklərdən danışıb. İclasda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da iştirak edib. Rektor son illər Azərbaycanda bir çox sahələrlə yanaşı, elm və təhsil sahəsində aparılan qlobal islahatlar haqqında geniş məruzə ilə çıxış edib. Azərbaycan  təhsil  sisteminin Avropa təhsil sisteminə inteqrasiya olunması, o cümlədən respublikamızın iqtisadi potensialının intellektual kapitalı ilə əvəz olunması üçün dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edən akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin hər üç sərəncamından birinin elm və təhsillə baglı oldugunu diqqətə çatdırıb.

İclasda Rusiya, Moldova, Belarus, Qazaxıstan Ukrayna və digər ölkələrin dövlət universitetlərinin rektorları çıxış edərək, MDB məkanında iqtisadi siyasətin modernləşdirilməsi üçün elmi, texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

İclasda qarşılıqlı  əməkdaşlığın inkişaf etdirilməsi, əldə olunan elmi, texniki nailiyyətlərin istehsalata tətbiq olunması məsələləri geniş müzakirə edilib. İclas bir sıra səmərəli qərarların qəbul olunması ilə sona çatıb.

Mətbuat və informasiya şöbəsi, 24 oktyabr 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!