BDU rektoru tələbələrlə görüşdü

05/07/2016

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov yay imtahan sessiyasının başa çatması ilə əlaqədar tələbələrlə görüşüb. Rektor tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirib, onları narahat edən məqamların həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlarını verməklə yanaşı, çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, BDU rektorunun imzaladığı əmrə əsasən imtahanlar bir qayda olaraq yazılı formada aparılıb, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında keçirilib. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib. Eyni zamanda BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada 2-3 müəllim-koordinatorun nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndirib, cavabların yoxlanılması üçün universitetin hər korpusunda ayrılmış xüsusi otaqlara baş çəkib, yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlıqlara göndərilməsi prosesinə qatılıblar.

Mətbuat və informasiya şöbəsi, 05 iyul 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!