BDU rektoru Tehran Universitetinin 80 illik yubileyində iştirak edib

03/03/2015

Tehran Universitetinin 80 illik yubileyi qeyd edilib. Tədbirdə İraq, Suriya, Livan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov da iştirak edib. Mərasimə, həmçinin Tehran Universitetinin professor-müəllim heyəti, İranın mədəniyyət, elm və təhsil nazirləri, tələbələr və məzunlar qatılıblar.
Tədbirdə çıxış edən Abel Məhərrəmov Tehran Universitetinin rektoru Nili Əhmədəbadini və elmi işçilərini təbrik edərək Azərbaycan ilə İran arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafda olduğunu deyib. Elmi əlaqələrin inkişafı da hər iki dövlətin maraqlarına uyğundur. Ona görə də bu istiqamətdə irəliyə doğru addımlar atmaq lazımdır.
Rektor qeyd edib ki, BDU ilə Tehran Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Protokola əsasən tələbə və müəllim mübadiləsi aparılacaq. Tehran Universiteti BDU-nun şərqşünaslıq fakültəsinə müəllim göndərəcək, BDU isə şərqşünaslıq fakültəsinin magistr pilləsində olan tələbələrini Tehran Universitetinə göndərərək daha təkmil təhsil almalarına şərait yaradacaq.
Tədbirdə Böyük Britaniyadan, İtaliyadan və başqa ölkələrdən gələn alimlər çıxış ediblər.
Çıxışlardan sonra konsert proqramı olub.

Mətbuat və İnformasiya şöbəsi, 03 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!