BDU rektoru “Lomonosov” beynəlxalq forumunda iştirak edən tələbə ilə görüşüb

02/05/2017

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Moskva Dövlət Universitetində tələbələrin, aspirantların və gənc alimlərin ənənəvi "Lomonosov" beynəlxalq elmi forumunda iştirak edən Hüquq fakültəsi SABAH qrupunun III kurs tələbəsi Erkin Musayevlə görüşü olub.

“A public legal entity in the public law and the legal system of Azerbaijan” adlı məruzəsi ilə “Hüquq elmləri” bölməsinin “Dövlət və hüquq nəzəriyyəsi” alt bölməsində ingilis dilində çıxış etdiyini bildirən E.Musayev, “Lomonosov” beynəlxalq elmi forumunun xüsusi sertifikatına və xatirə hədiyyəsinə layiq görüldüyünü qeyd edib.

Rektor Abel Məhərrəmov Erkin Musayevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, "Lomonosov" beynəlxalq elmi forumunda Rusiya Federasiyasının 85 regionundan və dünyanın 42 ölkəsindən gənc alimlər və tədqiqatçılar iştirak edib. Konfrans çərçivəsində müasir fundamental və tətbiqi elmlərin əsas istiqamətlərini əks etdirən 37 bölmə və 360 alt bölmə fəaliyyət göstərib. Forumun keçirilməsi ideyası ötən əsrin 90-cı illərində yaranıb, forum çərçivəsində indiyədək dünyanın 70 ölkəsindən yüz mindən artıq gənc Moskva Dövlət Universitetində olub.

Mətbuat və informasiya şöbəsi, 02 may 2017-ci il

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!