BDU rektoru Kubanın yeni səfirini qəbul edib

05/12/2012

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib.

Yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirən rektor, ona fəaliyyətində uğurlar arzulayıb.

Qonağa universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb.

Bakı Dövlət Universitetində olmağından şad olduğunu deyən  səfir Omar Senon Medina Kinteron Kuba universitetləri ilə BDU arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səfir universitetlə yaxından tanış olmaq məqsədilə tədris və elmi-tədqiqat  laboratoriyaları və digər mərkəzlərə  baş çəkib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 05 dekabr 2012-cu il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: students.az, lent.az, oxucu.info.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!