BDU rektoru Kanadanın Vaterlu Universitetinin prezidenti ilə görüşüb

02/11/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Kanadanın Vaterlu Universitetinin prezidenti Feridun Həmdullar Pur və həmin universitetin riyaziyyat fakültəsinin dekanı İlham Axundovu qəbul edib. Görüşdə III Bakı Beynəlxalq Humanitar Forum, universitetlərarası əlaqələr, təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər universitetlərarası münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Vaterlu universitetinin prezidenti Feridun Həmdullar Pur rəhbərlik etdiyi ali təhsil müəssisinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə danışıb. Sonra Bakı Dövlət Universiteti ilə Kanadanın Vaterlu Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədlərdə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə seminar, konfransların təşkili, layihələr üzrə elmi araşdırmaların aparılması və s. nəzərdə tutulur.

Qonaqlar Bakı Dövlət Universitetinin laboratoriyaları, elmi mərkəzləri ilə də tanış olublar.

Qeyd edək ki, Vaterlu Universitetində 35 nəfər azərbaycanlı tələbə təhsil alır.

Mətbuat və informasiya şöbəsi, 02 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!