BDU rektoru Azərbaycan Şəhid Mədəni Universitetinin rektoru ilə görüşüb

28/04/2016

İranın Azərbaycan Şəhid Mədəni Universitetinin rektoru, professor Həsən Vəlizadehin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmovla görüşdə universitetin tarixi, elmi nailiyyətləri, beynəlxalq əlaqələri, İran ali təhsil ocaqları ilə əməkdaşlıq məsələləri, eyni zamanda Azərbaycan Şəhid Mədəni Universiteti ilə elm və təhsil sahəsində əlaqələrin inkişafı müzakirə edilib.

Azərbaycanın qocaman ali təhsil ocağında olmasından məmnunluğunu ifadə edən rektor  Həsən Vəlizadeh görüşün əhəmiyyətini qeyd edərək bu səfərin əlaqələrin inkişafına təsirsiz ötüşməyəcəyini bildirib.

BDU-da fars dili və ədəbiyyatının tədrisi, kadr hazırlığı, nanotexnologiya və s. kimi məsələlərin müzakirə olunduğu görüşdə anlaşma memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, doktorant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə seminar və konfransların təşkili kimi məsələlər əks olunub.

Qeyd edək ki, görüşdə BDU-nun prorektorları, professorlar – İradə Əliyeva və Aydın Kazımzadə, İranın Azərbaycan Şəhid Mədəni Universitetinin prorektorları  - Əli Əcəmi və Mənsur İmanpur iştirak ediblər. Qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzləri ilə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 28 Aprel 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!