BDU rektoru Avrasiya Universitetlər Assosiasiyasının iclasında iştirak edib

12/04/2017

Bu günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycanı Bakı Dövlət Universitetinin rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib. Şuranın iclasını Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıb.

Plenar iclasda çıxış edən BDU-nun rektoru Assosiasiyanın ilk üzvlərindən biri olan Bakı Dövlət Universiteti tərəfindən irəli sürülən əməkdaşlığın yeni formalarının daha da möhkəmləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. Akademik Abel Məhərrəmov Avropa və Asiyanın 11 ölkəsini əhatə edən Assosiasiyaya üzv ali məktəblərin elm, təhsil və cəmiyyət məsələlərini özündə birləşdirən “Universitetin üç missiyası” adlı reytinqi ilə bağlı fikirlərini bildirib. Təklif edib ki, reytinqin təşkilatçıları sırasında Rusiya Rektorlar Şurası və Rusiya Elmlər Akademiyası ilə yanaşı, Avrasiya Universitetlər Assosiasiyası da yer alsın. Bundan başqa, BDU rektoru reytinqin müəyyənləşməsi üçün irəli sürülən meyarlara öz münasibətini bildirərək müfaviq təkliflərlə çıxış edib və yeni reytinqin qısa müddət ərzində beynəlxalq nüfuz əldə edəcəyinə əminliyini ifadə edib.

Çıxışının sonunda Moskva Dövlət Universitetinin rektoru, Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, akademik Viktor Sadovniçinin fəaliyyətini xüsusi vurğulayan akademik Abel Məhərrəmov, onun 25 il rəhbərlik etdiyi MDU-nun dünyanın nüfuzlu universitetlərindən birinə çevrilməsinə töhfələr verdiyini qeyd edib.

Tədbirdə akademik Viktor Sadovniçi Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə Avrasiya Universitetlər Assosiasiyası adından akademik Abel Məhərrəmovu təbrik edib və qurumun xatirə hədiyyəsini təqdim edib.

Mətbuat və informasiya şöbəsi, 12 aprel 2017-c il


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!