BDU professorunun Moskvada kitabı işıq üzü görüb

22/09/2016

Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru Şahlar Əsgərovun Moskvanın “FLİNTA” və “NAUKA” nəşriyyatları tərəfindən kitabı dərc olunub. “Kamilliyə doğru” (“Путь к совершенству”) adlı kitabda ictimai həyatın bir sıra problemlərinin yeni kriteriya tətbiq olunmaqla öyrənilməsinin nəticələri təqdim olunub. Kitabda bəşəriyyət tarixinin inkişafının birinci mərhələsindən ikinciyə keçidin dinamikası, gələcəyə aparan “yolun sonu” təhlil olunur.

Qeyd olunan kitab 7-11 sentyabr 2016-cı il tarixdə Moskvada keçirilmiş XIX beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunub. Professor Şahlar Əsgərovun adıçəkilən kitabı “Moskva beynəlxalq kitab sərgi-yarmarkası iştirakçısının “Qızıl” medalına layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 22 sentyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!