BDU professorunun kitabı təqdim edilib

24/10/2017

Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı yenidən nəşr edilən kitabının AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə təqdimatı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. O, akademik Feyzulla Qasımzadə barəsində geniş məlumat verib. Həbibbəyli qeyd edib ki, Qasımzadə 30 elmlər doktoru və 130 elmlər namizədi yetişdirib. 600-dən çox elmi məqalə və onlarla dərsliyin müəllifidir. Onun "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabı 50 il ərzində 20 dəfə nəşr edilib.

Dərsliyin yenidən işıq üzü görməsində böyük əmək sərf etmiş filologiya üzrə elmlər doktoru, kitabın yenidən nəşrini hazırlayan BDU-nun Filologiya fakültəsinin professoru Yeganə İsmayılova bu dərsliyin hansı zərurətdən çıxması haqqında məlumat verib və bu işdə zəhməti keçən hər kəsə təşəkkür edib.
Tədbirdə akademikin qızı Nigar Qasımzadə də iştirak edib və o, ailə üzvləri adından atasının xatirəsinə göstərilən hörmətə görə təşəkkür edib.

Mətbuat və informasiya şöbəsi, 25 oktyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!