BDU professoru Ukraynada beynəlxalq forum­­­da iştirak edib

01/10/2012

25 sentyabr 2012-ci il tarixdən 27 sentyabr 2012-ci il tarixinə qədər Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanov  Kiyev şəhərində Ukrayna Milli EA və "Tokyo Boeki Technology Ltd." birgə təşkil etdiyi  5-ci "Laboratoriyaların komleks təhcizatı" adlı beynəlxalq forumu­­­­­n və sərginin işində iştirak etmək üçün Kiyev şəhərində ezamiyyətdə olunub. Forum zamanı dünyanın müasir laboratoriya cihazlarının istehsalçıları olan Yaponiyanın Jeol, Hitaci, Rigaku, Shimadze, Almaniyanın Carl Zeiss, Brukker, İngiltərənin Oksford İnstruments Ukraynanın bir sıra materiallar və avadanlıqlar istehsalçıları olan şirkətlərin təqdim etdiyi laborator avadanlıqlarla və cihazlarla tanış olub və gələcəkdə yuxarıda adları qeyd edilən şirkətlətlə BDU arasında əməkdaşlıqlar barədə razılıqlar əldə edilib.

Eyni zamanda ezamiyyət zamanı prof. Ukrayna Mikrobiologiya və virusologiya institutunda PEM JEM-1400 markalı işıqlanan mikroskopunun iş prinsipi və texniki imkanları ilə yaxından tanış olub. Ukrayna EA Metal fizikası institutunda Yaponiya istehsalı olan JSMP-4500 markalı skanedici atom, tunel mikroskopu və rentgen spektroskopiyası cihazı ilə tanış olmuş və onun texniki imkanlarını mütəxəssislərlə müzakirə edilib.  Ukrayna EA Geokimya, mineralogiya və filizyaranma institutunda Yaponiyanın JEOL şirkətinin istehsal etdiyi JSM-6700F və Geokimya institutunda JSM-6490 markalı skanedici elektron mikroskopunun iş prinsipi ilə yaxından tanış olmuş və BDU-ya alınmış JSM-7600F mikrokopu ilə müqayisəli təhlillərini mütəxəssislərlə müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 01 oktyabr 2012-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!