BDU nümayəndə heyəti Samsundan dönüb

08/05/2012

Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Türkiyə Ədliyyə Akademiyası və Ondokuz Mayıs Universitetinin  birgə təşkilatçılığı ilə 04-06 may 2012-ci il tarixlərində Türkiyə Respblikasının Samsun şəhərində “Hüquq elminin aktual problemləri” mövzusunda III Beynəlxalq Konfrans keçirilib. Həmin Konfransda Bakı Dövlət Universiteti geniş nümayəndə heyəti ilə təmsil olunub.

Konfransın Plenar İclasında Azərbaycan Respublikasının Ombudsmanı professor Elmira Süleymanova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun adından isə BDU-nun Hüquq fakültəsinin dekanı, h.e.d., professor Əmir Əliyev çıxış ediblər. Bundan başqa, ayrı-ayrı bölmələr üzrə Ombudsman Elmira Süleymanova “Hüquq təhsilində və hüquqi məlumatlandırmada Ombudsmanın rolu” mövzusunda, prof. Əmir Əliyev isə “İnsan hüquqları ilə əıaqədar beynəlxalq standartların milli konstitusiyalarda təsbiti” mövzusunda elmi məqalə ilə çıxış ediblər.

Konfransda Konstitusiya hüququ, Mədəni hüquq, Beynəlxalq hüquq, Cinayət hüququ, Ticarət hüququ, İş və sosial təhlükəsizlik hüququ, Hüquq  fəlsəfəsi və Türk hüquq tarixi, İdarə hüququ, İdman hüququ seksiyaları üzrə aparılan geniş elmi müzakirələrdə BDU-nun bir qrup müəllim və professor heyəti, o cümlədən, h.e.d.,prof. R.F.Məmmədov, h.e.d.,prof. A.M.Qasımov, h.e.d., prof. M.N.Əliyev, h.e.f.d, dos. M.X.Yolçuyev, h.e.f.d , dos. S.S.Süleymanlı, h.e.f.d., dos. F.S.Mehdiyev, baş müəllim E.H.Nəsirov, və h.ü.f.d. S.F.Əliyev müxtəlif mövzularda elmi məruzələr ediblər.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 08 may 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!