BDU nümayəndə heyəti Çində keçirilən Beynəlxalq Forumda iştirak edib

30/09/2017

Çin Xalq Respublikasının Sian şəhərində Avrasiya Beynəlxalq Elmlər Akademiyasının Çin Elmi Mərkəzi tərəfindən təşkil edilən “Bir xətt və bir yol” adlı Elmi-Texniki və İnnovativ Əməkdaşlıq Forumu keçirilib. Forumda Bakı Dövlət Universitetini prorektor, professor İradə Əliyeva və Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova  təmsil ediblər.

Professor İradə Əliyeva Bakı Dövlət Universitetinin Avrasiya qitəsində rolu, kimya, fizika, biologiya və nanotexnologiyalar sahəsində universitet alimlərinin, tələbələrinin və doktorantların nailiyyətləri haqqında məruzə ilə çıxış edib.

Forum çərçivəsində BDU nümayəndə heyəti həmçinin Pekində keçirilən Beynəlxalq Elmi-Texniki konfransa və Çində İpək Yolu Beynəlxalq Elmlər Akademiyasının yaradılması ilə bağlı konqresə də qatılıb. Qeyd edək ki, Çin, Rusiya və Qazaxıstanın təşəbbüslərini dəstəkləyən 25 ölkə İpək Yolu Beynəlxalq Elmlər Akademiyasının yaradılması haqqında protokol imzalayıblar.

Keçirilən görüşlərdə çıxış edən prorektor İradə Əliyeva Azərbaycanın dünya sisteminə uğurlu inteqrasiyasından, o cümlədən  BDU-nun dünyanın aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə məhsuldar əlaqələrindən bəhs edib, Akademiyanın təşkilati məsələləri və Nizamnaməsi haqqında keçirilən müzakirələrdə fəal iştirak edib.

Tədbirin sponsorları -  Çin elmi-texniki və İnnovativ İnstitutu və Çin Elmi-Texniki Mübadilə Beynəlxalq Mərkəzinin təmsilçilərinin  çıxışlarından sonra forum təsdiq edilmiş sənədlərin təntənəli imzalanma mərasimi ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 30 sentyabr 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!