BDU müəllimləri Türkiyədə beynəlxalq konqresdə olublar

02/11/2016

Türkiyənin Konya şəhərində Səlcuq Universitetinin təşkilatçılığı ilə Beynəlxalq Müqayisəli Ədəbiyyatşünasliq Konqresi keçirilib. Konqresdə müqayisəli ədəbiyyatşünaslıq mövzusu müzakirə edilməklə yanaşı, filologiyanın müxtəlif problemləri üzrə elmi məruzələr dinlənilib. Tədbirdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov, Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova və Türk filologiyası kafedrasının dosenti Kəmalə Əhmədova da iştirak edib.
Konqresin materiallar toplusunda filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədovun “Türkiyə türkcəsinin ünsiyyət coğrafiyası”, Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazovanın “Xitabların məna xüsusiyyətləri”, dosent Kəmalə Əhmədovanın “Çoxkomponentli mürəkkəb cümlələr” adlı məqalələri çap olunub. Təmsilçilərimiz aktual elmi mövzularla çıxış etdiklərinə görə Səlcuq Universitetinin sertifikatına layiq görülüblər.

Mətbuat və informasiya şöbəsi, 03 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!