BDU əməkdaşları X Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər

06/10/2015

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin əməkdaşları Bilkənd Universitetinin təşkilatçılığı ilə Sarayevo Universitetində keçirilən X Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər.  Müxtəlif  ölkələrdən 150-yə yaxın elm adamının qatıldığı qurultayda BDU-nu professor Zemfira Şahbazova, dosent Qızılgül Abdullayeva, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, doktorant Pərvin Eyvazov təmsil ediblər.

BDU əməkdaşları plenar və bölmə iclaslarında məruzə edib, müzakirələrdə aktivlik göstəriblər. I Türkoloji Qurultayın 2016-cı ildə 90 illiyinin tamam olmasını bildirən iştirakçılar vaxtilə  onun I qurultayını Bakıda baş tutduğunu qeyd edərək XI Uluslararası Böyük Türk Dili Qurultayının da ölkəmizdə keçirilməsi təklifini irəli sürüblər.

Daha sonra qurultay iştirakçılarının şərəfinə Türkiyənin Bosniya-Hersoqovinadakı səfirliyində ziyafət təşkil olunub. BDU əməkdaşları bu ölkədəki konsulluğumuzu ziyarət edib, tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 06 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!