BDU əməkdaşları konfransda çıxış ediblər

07/11/2017

İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “İranla Azərbaycan Respublikasının mədəni-ədəbi əlaqələrində fars dilinin rolu və əhəmiyyəti” adlı konfrans keçirilib.  Görkəmli fars şairi Hafiz Şirazinin anım günü münasibətilə keçirilən konfransda Bakı Dövlət Universitetini Şərqşünaslıq fakültəsinin müəllimləri təmsil ediblər. Belə ki, İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov “Hafiz Şirazi: dövrü və yaradıcılığı” və dekan müavini Cavanşir Məmmədzadə fars dilində “Fars dili və tarix” mövzularında məruzələrlə çıxış ediblər. Qeyd edək ki, konfransda respublikamızın görkəmli şərqşünasları, İran İslam Respublikasını təmsil edən nümayəndə heyəti iştirak ediblər.

orient.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!