BDU əməkdaşları Beynəlxalq Forumda iştirak ediblər

20/10/2016

Gəncə şəhərində “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin dörd günlük Beynəlxalq Forumu kecirilib. Foruma ümumilikdə 25 ölkənin 530 gənc alim və mütəxəssisləri müraciət edib. Xarici ölkələrdən - Türkiyə, Makedoniya, Belarusiya, Rusiya, Polşa, Almaniya, Gürcüstan, Özbəkistan, İran, İraq, eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrindən Foruma qatılan gənc alimlər həm panel, həm də poster müzakirələrində məruzələrini təqdim edib, fikir mübadiləsi aparıblar. Forumda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin elmi iscisi Elvin Babayev "Şamanizm anlayısı, şaman və vəzifələri", Tədris şöbəsinin tyutoru Aysel Cabbarova isə "Biblioqrafiyanın formalaşmasında Azərbaycan ziyalılarının rolu" mövzusunda tezislərlə çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 20 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!