BDU əməkdaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun elmi şurasında nüvə fizikasından danışıb

10/11/2017

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun İnnovativ layihələr və beynəlxalq əlaqələr üzrə direktor müavini, Azərbaycan Milli Nüvə Tədqiqatları Mərkəzinin Nüvə fizikası şöbəsinin müdiri Anar Rüstəmov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun elmi şurasında nüvə fizikası üzrə çıxış edib. Dünyanın müxtəlif nüvə mərkəzlərində alınmış son nəticələrdən danışan alim, daha sonra BNTİ–də qurulmaqda olan NİCA mega proyektində nəzərdə tutulmuş təcrübələr üçün yeni təkliflər irəli sürüb. Məruzə maraqla qarşılanıb və şuranın yekun sənədində BNTİ rəhbərliyi tərəfindən məruzəçiyə təşəkkür edilib.

 

Ətraflı aşağıdakı linkdə:

http://www.jinr.ru/posts/opublikovana-rezolyutsiya-122-j-sessii-uchenogo-soveta-oiyai/

Mətbuat və informasiya şöbəsi, 13 noyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!