BDU “İlin tələbə”lərini mükafatlandırıb

26/12/2012

Bu gün BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. Mərasimi giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu səpkili musabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Sonra akademik A.Məhərrəmov “İlin ən yaxşı tələbəsi” adını qazanmış tələbələri təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib.Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov və Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov da çıxış edib. Onlar 2012-ci ildə həyata keçirilən tədbirlər barədə məlumat verərək,  gələсəkdə həyata keçirilməsi nəzərdə tutulan  layihələr haqqında məlumat veriblər. Sonda müsabiqədə qalib olmuş tələbələrə diplomlar təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 26 dekabr 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: student.az.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!