BDU İLƏ XARKOV MİLLİ UNİVERSİTETİ ARASINDA MEMORANDUM İMZALANIB

29/06/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov V.N.Karazin adına Xarkov Milli Universitetinin (Ukrayna) birinci prorektoru, professor Vladimir Aleksandrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmov  əsasən onun beynəlxalq əlaqələrindən danışıb. İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyətinin rəhbəri Xarkovda Azərbaycan Mərkəzinin yaradılması fikrini açıqlayıb. Görüşün nəticəsi oraq Bakı Dövlət Universiteti ilə  Xarkov Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum qarşılıqlı mühazirələrin oxunması, elmin aktual problemləri üzrə qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsini nəzərdə tutur. Bundan başqa, tərəflər staj keçmə və ixtisasın artırılması məqsədi ilə müəllim, aspirant və tələbə mübadiləsi, elmi məqalələrin, tədris vəsaitlərinin, tədris planlarının və proqramlarının, ədəbiyyatın mübadiləsi və hər iki tərəfin nailiyyətlərini əks etdirən sərgilərin təşkilində və digər məsələlərdə əməkdaşlıq edəcəklər. Ukraynalı qonaqlar BDU-nun laboratoriyaları ilə tanış olub, Azərbaycan təhsilinin və elmin flaqmanından xoş təəssüratlarla ayrılıblar.

Mətbuat və İnformasiya şöbəsi, 29  iyun 2011-ci il.

(Material APA, SİA, Trend, Azadİnform, Modern.az, Lent.az, SalamNews, MediaForum, interfax.az, old.inforotor.ru, ru.redtram.com, news.mail.ru informasiya agentliklərində, xəbər portallarında və "Yeni Azərbaycan", "Respublika", "İki Sahil", "Komsomolskaya pravda", "CBN Extra" qəzetlərində  də yayımlanıb 29 iyun - 05 iyul 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!